Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək

Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2, Pakistanın isə 1 idmançısı iştirak edəcək
Fərdi
18 avqust 2017 07:17
Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək

Bakı. 18 avqust. REPORT.AZ/ Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq (K-1 stil) üzrə peşəkarlararası beynəlxalq turnir keçiriləcək.

"Report"un xəbərinə görə, yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə avqustun 19-da baş tutacaq. 

Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2, Pakistanın isə 1 idmançısı iştirak edəcək. Döyüşlər 7 çəki dərəcəsində 3 raund 3 dəqiqə olmaqla hər bir döyüş əsas final mərhələdən ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi