Yuxarı

Stolüstü tennis üzrə Azərbaycan yığması Finlandiyada açıq turnirdə iştirak edəcək

İdmançılarımız dekabrın 8-də Vətənə qayıdacaqlar

Bakı. 2 dekabr. REPORT.AZ/ Dekabrın 3-dən 6-dək Finlandiyanın Lohiya Kisakalleo şəhərində kişilər və qadınlar arasında stolüstü tennis üzrə 26-cı ənənəvi açıq turnir keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, yarışda ölkəmizi Cəfər Cəfərzadə, Xəyal Həşimli, Denq Simenq, Zou Çuyi, Məryəm İmanova, Nəzakət Qarayevadan ibarət yığma komanda təmsil edəcək.

Baş məşqçilər Aleksandr Zudov və Leşek Kuxarskinin rəhbərliyi ilə mübarizə aparacaq idmançılarımız dekabrın 8-də Vətənə qayıdacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi