Stolüstü Tennis Federasiyasına yeni baş katib təyin edilib

Stolüstü Tennis Federasiyasına yeni baş katib təyin edilib Azərbaycan Stolüstü Tennis Federasiyasında yeni təyinat olub.
Fərdi
29 dekabr 2021 13:29
Stolüstü Tennis Federasiyasına yeni baş katib təyin edilib
Könül Mikayılova

Azərbaycan Stolüstü Tennis Federasiyasında yeni təyinat olub.

"Report"un məlumatına görə, Könül Mikayılova İcraiyyə Komitəsinin iclasında baş katib təyin edilib.

Qeyd edək ki, Mikayılova 1984-cü ildən stolüstü tennislə məşğul olub. Milli komandanın üzvü 1997 - 2000-ci illərdə Suraxanı UGİM-də, 2000 - 2014-cü illərdə "Neftçi İSM-də məşqçi işləyib. Federasiyada 2009-cu ildən fəaliyyət göstərən Mikayılova daha əvvəl təlimatçı və idman şöbəsinin müdiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi