Stefen Karri Amerika Basketbol Liqasının ən bahalı basketbolçusu olacaq

Stefen Karri Amerika Basketbol Liqasının ən bahalı basketbolçusu olacaq 5 illik yeni sözləşməyə əsasən “Qolden Steyt” 29 yaşlı basketbolçuya 201 milyon dollar ödəyəcək
Fərdi
1 İyul , 2017 11:40
Stefen Karri Amerika Basketbol Liqasının ən bahalı basketbolçusu olacaq

Bakı. 1 iyul. REPORT.AZ/ Amerika Basketbol Liqasının (NBA) sonuncu qalibi “Qolden Steyt” komandanın üzvü Stefen Karri ilə rekord məbləğ qarşılığında yeni müqavilə bağlayacaq.

“Report” ESPN televiziyasına istinadən xəbər verir ki, buna qədər illik 11 milyon dollar maaş alan 29 yaşlı basketbolçu 5 illik yeni sözləşməyə əsasən 201 milyon dollar qazanacaq.

Hazırda NBA-nın ən bahalı basketolçusu “Klivlend” komandasının üzvü Lebron Ceymsdir. Onun illik əməkhaqqı 33 milyon dollar təşkil edir.

Qeyd edək ki, Stefen Karri 2009-cu ildən formasını geyindiyi “Qolden Steyt”lə iki dəfə NBA çempionu olub (2015, 2017). 29 yaşlı basketbolçu ABŞ yığmasının heyətində də eyni sayda dünya çempionu tituluna sahib çıxıb (2010, 2014). O, həmçinin iki dəfə liqanın ən dəyərli oyunçusu seçilib (2015, 2016) . 

Son xəbərlər

Orphus sistemi