Bakı. 22 aprel. REPORT.AZ/ Olimpiya və qeyri-Olimpiya növləri üzrə beynəlxalq federasiyaları özündə birləşdirən "SportAkkord"un prezidenti Marius Vizer Beynəlxalq Olimpiya Komitəsindəki həmkarı Tomas Baxın ünvanına səsləndirdiyi ifadələrə görə üzr istəyib. "Report" xəbər verir ki, M.Vizer nitqinin məzmununun özünün şəxsi mövqeyi olduğunu bildirib.
"Mən üzr istəyirəm, amma hesab edirəm ki, idman dünyasında istənilən şəxs fikrini deyə bilər. Bu, idmanın qaydasıdır".
Qeyd edək ki, Marius Vizer Tomas Baxı "SportAkkord"la əməkdaşlıq etməməkdə günahlandırıb. Onun açıqlamasından sonra Beynəlxalq Oxatma Federasiyası, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası və Beynəlxalq İdman Atıcılığı Federasiyası "SportAkkord"un tərkibindən çıxıb. Daha 15 federasiya isə onun fikirləri ilə razılaşmadıqlarını əks etdirən məktubu imzalayıblar.