Spirtli içki qəbul edən idmançı Hollandiya yığmasından kənarlaşdırılıb

Spirtli içki qəbul edən idmançı Hollandiya yığmasından kənarlaşdırılıb "Bu, sadəcə, idman fəlakətidir"
Fərdi
9 Avqust , 2016 15:12
Spirtli içki qəbul edən idmançı Hollandiya yığmasından kənarlaşdırılıb

Bakı. 9 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Hollandiyanı təmsil edən idman gimnastı Yuri van Gelder yığmadan kənarlaşdırılıb. "Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, buna 33 yaşlı idmançının rejim qaydalarını pozması səbəb olub.

Halqalarda hərəkətlər üzrə 8-ci yeri tutduğu təsnifat yarışından sonra van Gelder yığmanın düşərgəsini tərk edib. O, səhərə yaxın içkili halda geri qayıdıb. Hollandiya nümayəndə heyətinin rəhbəri Morits Hendriks deyib: "Belə davranış qəbuledilməzdir. Bu, sadəcə, idman fəlakətidir. Amma başqa yolumuz yoxdur. Çünki Yuri bizim dəyərlərimizi pozub".

Final mərhələsində intizamı pozan idmançını fransalı Denni Rodriges əvəzləyəcək.

Bu, van Gelderin nizam-intizamı pozduğu üçün ilk diskvalifikasiyası deyil. 2009-cu ildə o, ölkə çempionatının startına 3 gün qalmış kokaindən istifadə etməsi ilə əlaqədar yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, Yuri van Gelder 2005-ci ildə keçirilmiş idman gimnastikası üzrə dünya çempionatında halqalarla hərəkətlərdə qızıl medal qazanıb.  

Hollandiya yığmasına olimpiada zamanı ciddi məhdudiyyətlər qoyulub. İdmançılara təhlükəsizlik səbəbindən şəhərə çıxış qadağan edilib. Oyunlarda çıxışlarını başa vuranlar isə komanda yoldaşlarının diqqətini yayındırmamaq üçün evlərinə qayıtmalıdırlar. 

Son xəbərlər

Orphus sistemi