Son Avropa çempionumuz titulunu qorumağa çalışacaq

Son Avropa çempionumuz titulunu qorumağa çalışacaq İlk yarış günündə 3 idmançı qüvvəsini sınayacaq
Fərdi
16 Aprel , 2021 09:30
Son Avropa çempionumuz titulunu qorumağa çalışacaq

Bu gün cüdo üzrə Azərbaycan millisi Portuqaliyanın paytaxtı Lissabonda start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, ilk yarış günündə 3 idmançı qüvvəsini sınayacaq.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Nikolae Foça (Moldova) ilə üz-üzə gələcək.

66 kq-da yarışan son Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Amit Boboviçlə (İsrail), eyni çəkidəki Nicat Şıxəlizadə isə Matej Polyakla (Slovakiya) görüşəcək.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. Yarışda 45 ölkədən 359 idmançı iştirak edir.

Son xəbərlər

Orphus sistemi