“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq “Formula 1” üzrə 2020-ci il SOCAR Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq.
Fərdi
6 May , 2019 16:49
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq
Report/Elşən Baba

“Formula 1” üzrə 2020-ci il SOCAR Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq.

“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov f1news.ru saytına müsahibəsində deyib. Onun sözlərinə görə, yeni mövsüm üçün hazırlıq prosesinə avqust və ya sentyabrda start veriləcək: “Fikrimcə, növbəti Qran-pri üçün bilet satışına bir qədər erkən başlayacağıq. Əməliyyat planlaması isə bir qədər gec start götürəcək”.

A.Rəhimov “Liberty Media”nın 2021-ci ildən “Formula 1”də tətbiq edəcəyi yeniliklərə də toxunub: “Formula One Management Limited”lə olan müqaviləmizin müddətini yaxınlarda 2023-cü ilə qədər uzatmışıq. Həmin sözləşməyə yetərincə dəyişiklik və düzəlişlər edilib. İslahatalar bizə necə təsir edəcək? Düşünürəm ki, yaxın 4 ildə bizim üçün nisbətə stabil olacaq. Hər şeyin normal olmasını gözləyirik. 2023-cü ildə müqaviləmizin müddəti başa çatandan sonra baxacağıq”.

Qeyd edək ki, “Formula 1” yarışları Bakıda 2016-cı ildən keçirilir. BŞH 26 – 28 apreldə baş tutan SOCAR Azərbaycan Qran-prisi üçün biletləri ötən il oktyabrın 16-da satışa çıxarıb.

Son xəbərlər

Orphus sistemi