SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib - VİDEO

SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib - VİDEO “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Fərdi
26 Aprel , 2019 13:20
SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib - VİDEO

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. 

“Report” xəbər verir ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğursuzluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb. 

Rassellin bolidi trasdan evakuasiya olunub. Qəza səbəbindən sərbəst yürüşün bərpası ləngiməli olacaq və problem yaranan lükün təmir olunması vaxt alacaq. 

Qeyd edək ki, Corc Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.

Son xəbərlər

Orphus sistemi