Bakı. 28 mart. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2017" beynəlxalq turnirinə qatılacaq şahmatçılar müəyyənləşib.
"Report"un məlumatına görə, 4-cü dəfə təşkil olunacaq yarışda azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, Uesli So (ABŞ), Vladimir Kramnik, Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Podoslav Voytaşek (Polşa), Veselin Topalov (Bolqarıstan) mübarizə aparacaq.
Turnirin aprelin 20-də start götürəcəyi gözlənilir.
Qeyd edək ki, 2014-cü ildən keçirilən "ShamkirChess"in ən son qalibi Şəhriyar Məmmədyarovdur. İlk iki turnirdə isə norveçli Maqnus Karlsen qələbə qazanıb.