​"ShamkirChess2016" superturnirinin təntənəli bağlanış mərasimi keçirilib

​"ShamkirChess2016" superturnirinin təntənəli bağlanış mərasimi keçirilib Şəhriyar Məmmədyarova turnirin qalibi üçün hazırlanan kubok təqdim olunub
Fərdi
5 İyun , 2016 20:26
​ShamkirChess2016 superturnirinin təntənəli bağlanış mərasimi keçirilib

Bakı. 5 iyun. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2016" superturnirinin təntənəli bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Vüqar Həşimovun qardaşı Sərxan Həşimov ardıcıl üçüncü il baş tutan yarışın təşkilatçılarına təşəkkürünü bildirib.

Sərxan Həşimov turnirdə ədalətli oyun prinsipinə sadiq qaldığı üçün qadınlar arasında dünya çempionu Hou Yifan, Vüqar Həşimovun oyun üslübuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarov və yüksək təşkilatçılığa görə "Synergy Group"un Müşahidə Şurası sədrinin müavini Fərid Hüseynova xatirə hədiyyələrini təqdim edib.

Rəsmi çıxışlardan sonra turnirin direktoru Fərid Hüseynov Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova "ShamkirChess2016" turnirinin qalibi üçün hazırlanan kuboku təqdim edib.

Son xəbərlər

Orphus sistemi