"ShamkirChess 2019": İlk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb

"ShamkirChess 2019": İlk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess superturnirinə start verilib.
Fərdi
31 Mart , 2019 20:31
ShamkirChess 2019: İlk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirinə start verilib.

"Report"un Şəmkirə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk tur qarşılaşmalarının heç birində qalib müəyyənləşməyib. 

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla, Teymur Rəcəbov isə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə xalları yarı bölüb. Digər görüşlər də heç-heçə ilə yekunlaşıb.

"ShamkirChess 2019"

I tur

Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5

Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya) - 0,5:0,5

Bütün görüşlər saat 15:00-da başlanıb.

Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi