"ShamkirChess 2019": Bu gün Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşacaq

"ShamkirChess 2019": Bu gün Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşacaq Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2019 superturnirində bu gün II turun görüşləri keçiriləcək.
Fərdi
1 Aprel , 2019 07:05
ShamkirChess 2019: Bu gün Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşacaq

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşacaq. Hazırkı dünya çempionu Maqnus Karlsen isə məhz bu tituldan məhrum etdiyi Vişvanatan Anandla üz-üzə gələcək.

"ShamkirChess 2019"

II tur

Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya)

Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan)

Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, ilk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi