"ShamkirChess 2017" superturnirində ilk tura yekun vurulub - FOTO

"ShamkirChess 2017" superturnirində ilk tura yekun vurulub - FOTO Açılış oyunlarında Azərbaycan təmsilçiləri fərqli nəticələr göstəriblər
Fərdi
22 Aprel , 2017 01:29
ShamkirChess 2017 superturnirində ilk tura yekun vurulub - FOTO

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" superturnirində ilk tura yekun vurulub.

"Report"un məlumatına görə, açılış oyunlarında Azərbaycan təmsilçiləri fərqli nəticələr göstəriblər. Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya qara fiqurlarla qalib gəlibsə, Teymur Rəcəbov ukraynalı Pavel Elyanova uduzub.

Digər görüşlərdə isə Veselin Topalov (Bolqarıstan) Maykl Adamsla (İngiltərə), Sergey Karyakin (Rusiya) Pentala Harikrişna (Hindistan), Rostislav Voytaşek (Polşa) isə keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya) ilə heç-heçə edib.

Bu gün Kramnik Rəcəbovla, Harikrişna Elyanovla, Məmmədyarov Harikrişna ilə, Adams So ilə, Voytaşek isə Topalovla üz-üzə gələcək. Görüşlərin startı saat 15:00-da veriləcək.

Son xəbərlər

Orphus sistemi