Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin açılış mərasiminin vaxtı müəyyənləşib

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin açılış mərasiminin vaxtı müəyyənləşib Açılışdan sonra püşkatma olacaq
Fərdi
17 May , 2016 15:13
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin açılış mərasiminin vaxtı müəyyənləşib

Bakı. 17 may. REPORT.AZ/ Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" super-turnirinin açılış mərasiminin vaxtı məlum olub. Turnirin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir mayın 25-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.

Saat 19:00-da başlanacaq mərasimə bir sıra nazirliklər, Beynəlxalq Şahmat Federasiyasının (FİDE), mətbuat qurumlarının nümayəndələri və eləcə də şahmatsevərlər qatılacaq. Açılışdan sonra püşkatma olacaq.

Qeyd edək ki, "Shamkir Chess 2016" ardıcıl üçüncü dəfə təşkil olunur. Super turnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Hou Yifan (Çin), Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaqlar. İlk tur mayın 26-da olacaq. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi