Səudiyyə Ərəbistanı 7 İsrail şahmatçısını ölkəyə buraxmayıb

Səudiyyə Ərəbistanı 7 İsrail şahmatçısını ölkəyə buraxmayıb İdmançılar rapid və blits üzrə dünya çempionatında iştirak etmək niyyətində olublar
Fərdi
25 Dekabr , 2017 03:48
Səudiyyə Ərəbistanı 7 İsrail şahmatçısını ölkəyə buraxmayıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti 26-30 dekabr tarixlərində krallıqda keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak etmək niyyətində olan 7 İsrail şahmatçısına viza verməkdən imtina edib.

“Report” xəbər verir ki, bu barədə "Reuters"ə istinadən "R-Sport" məlumat yayıb.

FİDE-nin vitse-prezidenti İsrael Qelferin sözlərinə görə, bu təcrübə normaldır, çünki Səudiyyə Ərəbistanı və İsrail arasında rəsmi diplomatik münasibətlər qurulmayıb.

Son xəbərlər

Orphus sistemi