Serxio Peres ilk dəfə Bakıda qalib oldu

Serxio Peres ilk dəfə Bakıda qalib oldu "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.
Fərdi
364
6 İyun , 2021 20:52
Serxio Peres ilk dəfə Bakıda qalib oldu

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.

"Report"un məlumatına görə, günün ilk yarısında "Formula 2"də qalib müəyyənləşib.

"Hitech Grand Prix"dən Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Prema Racing"dən Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yerlə kifayətlənib.

Daha sonra "Formula 1"də günün və Qran-prinin əsas yarışı gerçəkləşib. "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Meksikalı sürücü ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub. "Aston Martin"də çıxış edən Sebastyan Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutub. Fettel həmçinin azarkeşlərin səsverməsinə əsasən, günün ən yaxşı pilotu adını qazanıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. Bakı şəhər halqasında "Formula 1" yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilib.

2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq ("Mercedes") olub. Daniel Rikkardo ("Red Bull Racing Honda") 2017-ci, Lüis Hemilton ("Mercedes") 2018-ci, Valtteri Bottas ("Mercedes") isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi