"Azərbaycan Qran-prisində sərbəst yürüşlərdən razı qaldım. Tam olaraq irəliləyiş əldə etdiyimizi düşünürəm".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşün qalibi olan "Red Bull" pilotu Serxio Peres komandanın rəsmi saytına açıqlamasında deyib.
31 yaşlı sürücü əvvəlki - Monakodakı yarışı analiz etdiklərini bildirib: "Bakıda mənim üçün mövsümün ən yaxşı cümə günü oldu. Ümid edirəm ki, bu gün sıralama turunda da yaxşı nəticə göstərəcəyik. Uğur qazanmaq üçün çox çalışmaq lazımdır".
Qeyd edək ki, Azərbaycan Qran-prisinə iyunun 6-da yekun vurulacaq. Bu gün "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də III sərbəst yürüş və sıralama turu olacaq.