Şərif Şərifov: "Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edəcək"

Şərif Şərifov: "Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edəcək" Sentyabrın 27-də Ermənistan ordusu atəşkəsi pozaraq cəbhə boyunca hücuma keçib. Ancaq Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində düşmənin həmlələri heç bir nəticə verməyib. Əksinə, ordumuz işğal altında torpaqlarımızı azad etməkdədir. Əlacsı
Fərdi
2404
30 Sentyabr , 2020 17:13
Şərif Şərifov: Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edəcək
Şərif Şərifov

"30 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu müddət ərzində aparılan sülh danışıqları heç bir fayda verməyib".

"Report"un məlumatına görə, bunu sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

32 yaşlı pəhləvan qarşı tərəfin qeyri-adekvat hücumlarına öz etirazını bildirib: "İşğalçılıq siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də növbəti dəfə atəşkəsi pozub. Ən pisi də odur ki, onlar dinc sakinləri hədəf alır. Nəticədə ölən və yaralananlar var. Həyatını dəyişənlər arasında uşaqların da olması dəhşətdir".

Şərifov bir olimpiya çempionu kimi dünya ictimaiyyətini Ermənistanı belə qeyri-insani addımlardan çəkindirməyə çağırıb: "İnanıram ki, tez bir zamanda Azərbaycan Ordusu bütün işğal olunmuş torpaqları azad edəcək".

Son xəbərlər

Orphus sistemi