Sergey Karyakin: "Bir çox məqamlar var idi ki, istifadə edib qalib gələ bilərdim"

Sergey Karyakin: "Bir çox məqamlar var idi ki, istifadə edib qalib gələ bilərdim" Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2019 superturnirinin ilk turunda rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə heç-heçə edib.
Fərdi
31 mart 2019 14:36
Sergey Karyakin: Bir çox məqamlar var idi ki, istifadə edib qalib gələ bilərdim

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin ilk turunda rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə heç-heçə edib.

"Report" "ShamkirChess 2019" turnirinin mətbuat xidmətinə istindən xəbər verir ki, oyundan sonra şahmatçılar mətbuat konfransı keçiriblər.

S.Karyakin qələbə qazanmaq istədiyini, ancaq istəyinin alınmadığını bildirib: "Rəqibim çox güclü idi. Bir çox məqamlar var idi ki, istifadə edib qalib gələ bilərdim. Rəqibimi güclü gedişlər etməyə məcbur elədim".

Şahmatçı qeyd edib ki, bu il onun üçün fərqli olacaq: "Qarşıda güclü turnirlər var. Axırıncı yarışda qalib gələ bilmədiyimə görə, əlimdən gələni edəcəyəm ki, uğur qazanım".

D.Liren isə oyuna diqqətlə yanaşdığını vurğulayıb: "Görüşdə hər bir gediş önəmli idi. Bacardığım qədər diqqətli oldum. Sonda qarşılaşma heç-heçə yekunlaşdı".

O, komandalararası dünya çempionatında 3-cü yerə çıxması haqda da danışıb: "Bütün komanda üzvləri fərdi oynamağa üstünlük verdilər. Heç kim bir-birinin oyunu ilə maraqlanmadı. Amma bütün komandada yaxşı ab-hava var idi. Ona görə razı qaldım".

Son xəbərlər

Orphus sistemi