Yuxarı
    Bağlamaq

    Sergey Bubka Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti postuna namizədliyini irəli sürüb

    Bizə İAAF-ın əsasını təşkil edən güclü, təmin olunmuş və uğurlu milli federasiyalar lazımdır

    Bakı. 9 aprel. REPORT.AZ/ Əfsanəvi idmançı Sergey Bubka Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) prezidenti postuna namizədliyini irəli sürüb. "Report"un məlumatına görə, hazırda Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti və İAAF-ın vitse-prezidenti postunu tutan S.Bubka proqramını dünya atletika ictimaiyyətinə "YouTube" vasitəsilə çatdırıb.

    O bildirib ki, atletikanın infrastruktura, maddi-texniki bazaya və yeni atlet nəslinin bütün qitələrdə inkişafına dəstəyi olmalıdır: "Bizə İAAF-ın əsasını təşkil edən güclü, təmin olunmuş və uğurlu milli federasiyalar lazımdır. Atletikaya daha çox gənc - idmançı, azarkeş cəlb etməli, yeni auditoriya tapmalıyıq. Gələcəkdə ən vacib məsələlərdən biri idmanın saflığını təmin etmək, vicdanlı idmançıları müdafiə etməkdir".

    Qeyd edək ki, Sergey Bubka çoxsaylı dünya və Avropa çempionluqlarından əlavə, 1988-ci il Seul Yay Olimpiya Oyunlarında atletikanın şüvüllə tullanma növündə qızıl medal qazanıb. İAAF-ın seneqallı hazırkı prezidenti Lamin Diak avqustda keçiriləcək yeni seçkiyə qatılmayacağını bildirib. Daha öncə 1500 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu Sebastyan Kou bu vəzifə uğrunda mübarizədə iştirak edəcəyini açıqlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi