Serbiyalı tennisçi "Australian Open" tarixində yeganə 7 qat çempion olub

Serbiyalı tennisçi "Australian Open" tarixində yeganə 7 qat çempion olub Bakı. 27 yanvar. REPORT.AZ/ Tennis üzrə Böyük Dəbilqə seriyalı Australian Open turnirinə yekun vurulub.
Fərdi
27 yanvar 2019 11:53
Serbiyalı tennisçi Australian Open tarixində yeganə 7 qat çempion olub

Bakı. 27 yanvar. REPORT.AZ/ Tennis üzrə "Böyük Dəbilqə" seriyalı "Australian Open" turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, Avstraliyanın Melburn şəhərində keçirilmiş yarışda kişilərin fərdi mübarizəsində serbiyalı Novak Cokoviçlə ispaniyalı Rafael Nadal üz-üzə gəlib.

İki saat altı dəqiqə davam etmiş görüş Cokoviçin qələbəsi ilə yekunlaşıb - 6:3, 6:2, 6:3.

Bununla da serbiyalı tennisçi "Australian Open" tarixində yeganə 7 qat çempion olub. Bu qələbədən sonra Cokoviç "Böyük Dəbilqə"də ümumilikdə 15 kubokla kişilər arasında üçüncü yerə yüksəlib. 2018-ci ildə bu turnirin qalibi finalda xorvatiyalı Marin Çiliçi üstələmiş isveçrəli Roje Federer olub.

Qadınların fərdi mübarizəsində isə qalib adını ilk dəfə yaponiyalı Naomi Osaka əldə edib. O, finalda çexiyalı Petra Kvitovanı yenib - 7:6 (2), 5:7, 6:4.

Son xəbərlər

Orphus sistemi