Yuxarı

Serbiyada keçiriləcək kikboksinq üzrə dünya çempionatında Azərbaycanı 25 idmançı təmsil edəcək

Çempionat kikboksinqin loukik, K-1 və kik-layt növləri üzrə keçiriləcək.

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-dan noyabrın 1-dək Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək.

Iki ildən bir keçirilən dünya çempionatına milli komandamız 1995-ci ildən qatılır. Lakin məhz bu il kikboksinq üzrə yığma komandamız çempionata geniş tərkibdə qatılacaq. Bu məqsədlə oktyabrın 23-də idmançılarımız media nümayəndələri ilə görüşüb.

Yığma komandanın baş məşqçisi Elşən Əbdülrəhimov idmançıların uğur qazanacağına inandığını və yaxşı nəticələrlə Vətənə qayıdacaqlarına ümid bəslədiyini bildirib. O deyib ki, artıq federasiya rəhbərliyi də idmançılarla görüşərək onlara uğurlar arzulayıb. Bu, çox məsuliyyətli və önəmli yarış olacaq. İlk dəfədir ki, yarışa 25 idmançı ilə qatılırıq.

Çempionat kikboksinqin loukik, K-1 və kik-layt növləri üzrə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi