Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı Milli Varşavaya aprelin 16-da yollanacaq
Fərdi
15 Aprel , 2021 17:20
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Aprelin 19-da Polşanın paytaxtı Varşavada start götürəcək Avropa çempionatı üçün Azərbaycanın sərbəst güləş üzrə milli komandasının heyəti açıqlanıb.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şamil Zubairov (97 kq) mübarizə aparacaq.

Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və rəqiblər müəyyənləşəcək. Növbəti gün 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.

Şərif Şərifov və Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına hazırlaşdıqları üçün Avropa çempionatında çıxış etməyəcək. Toğrul Əsgərov isə zədəsinin tam sağalmaması səbəbindən yarışdan kənarda qalıb.

Qeyd edək ki, sərbəst güləş yığması Varşavaya aprelin 16-da yollanacaq.

Son xəbərlər

Orphus sistemi