Yuxarı

​Sərbəst güləş üzrə Azərbaycan yığması Dünya Kubokuna qatılacaq

Los Ancelesdə Azərbaycan 10 güləşçi ilə təmsil olunacaq

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 11-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokunda Azərbaycan 10 güləşçi ilə iştirak edəcək. 

"Report"un məlumatına görə, 2 gün davam edəcək yarışda Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq.

Yarışda yığma komanda məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında gücünü sınayacaq.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları yer alıb.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışda azərbaycanlı sərbəst güləşçilər üçüncü yeri tutublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi