Sərbəst güləş millimiz Avropa üçüncüsü oldu

Sərbəst güləş millimiz Avropa üçüncüsü oldu Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.
Fərdi
526
20 May , 2021 02:00
Sərbəst güləş millimiz Avropa üçüncüsü oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

"Report"un məlumatına görə, qitə birinciliyinə 8 güləşçi ilə yollanan Azərbaycan millisinin 7 üzvü fəxri kürsüyə qalxıb. Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komanda medal rekordunu yeniləyib. 2015-ci ildən keçirilən analoji turnirdə Azərbaycanın sərbəst güləş millisi heç vaxt bu qədər medal qazanmamışdı.

Qeyd edək ki, Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb. Yekunda yığma 140 xal toplayıb və Avropa 3-cüsü olub. Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi