Şəmkirdə Qərb regionundan olan cüdoçuların mübarizəsinə yekun vurulub

Şəmkirdə Qərb regionundan olan cüdoçuların mübarizəsinə yekun vurulub Gəncə cüdoçuları daha çox medal qazanıblar
Fərdi
2 Oktyabr , 2017 09:16
Şəmkirdə Qərb regionundan olan cüdoçuların mübarizəsinə yekun vurulub
Judo.az

Bakı. 2 oktyabr. REPORT.AZ/ Şəmkirdə Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. 

Federasiyanın mətbuat xidmətindən"Report"a verilən məlumata görə, Qərb bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar. 2001-2003-cü il təvəllüdlü cüdoçuların mübarizəsində Gəncə şəhər UGİM-1 komandası ümumi hesabda birinci yeri tutub. Gəncəli yeniyetmə cüdoçular region birinciliyində 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. 2004 - 2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmə cüdoçuların mübarizəsində isə Gəncə Təhsil-RİM komandası 7 qızıl, 9 gümüş, 10 bürünc medalla birinci olub. 

Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib. 

Qeyd edək ki, Qərb regionu üzrə birincilikdə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux və Göy-Göl cüdoçuları mübarizə aparıblar.

Son xəbərlər

Orphus sistemi