Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir

Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir Bakı. 16 dekabr. REPORT.AZ/ Şəmkir Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turniri start götürüb.
Fərdi
16 Dekabr , 2017 19:32
Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir

Bakı. 16 dekabr. REPORT.AZ/ Şəmkir Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turniri start götürüb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, yarış ACF, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı, Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. 32 komandadan 347 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi