Səmayə Məmmədova: "Azad Rəhimovla sonuncu dəfə aprelin 19-da danışmışdım"

Səmayə Məmmədova: "Azad Rəhimovla sonuncu dəfə aprelin 19-da danışmışdım" "Hamıya demişdi ki, aprelin sonu və ya mayın əvvəlində gələcəyəm"
Fərdi
204
4 May , 2021 16:10
Səmayə Məmmədova: Azad Rəhimovla sonuncu dəfə aprelin 19-da danışmışdım
Səmayə Məmmədova

"Cənab nazir ötən il noyabrın sonu və ya dekabrın əvvəlində müalicə üçün ABŞ-a getmişdi. Onunla sonuncu dəfə aprelin 19-da danışmışdım".

Bu fikirləri Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində mərhum nazir Azad Rəhimov barədə xatirələrini bölüşərkən deyib.

O bildirib ki, nazirlə əlaqə saxlayanda səhhətində problem olduğu hiss olunsa da, insanı şübhəyə salacaq qədər deyildi: "İndiyə kimi yadımdadır. İclas olmuşdu. Tədbirdən sonra cənab nazirə hesabat verməliydik. Səs göndərdim ki, iclasda bu məsələlər müzakirə olundu. Dedi ki, problem yoxdur. O da mənə öz tapşırıqlarını verdi və səsli mesaj göndərdi. Düzdür, səsi bir az zəif idi. Danışanda nəfəsində problem olduğu hiss olunurdu. Amma insanı şübhəyə salacaq qədər deyildi. Üstündən bir neçə gün keçdikdən sonra Azad müəllimin ailə dostunun oğlu məni yığdı və soruşdu ki, bilmirsən, Azad müəllimə nə olub? Dedim, 2-3 gün bundan öncə danışmışam, nə olub ki? Söylədi ki, zənglərə cavab vermirlər. Bir az tutuldum, qorxdum. Bildirdim ki, yəqin prosedur gedir, narahatlığı var, cavab verərlər".

Məmmədova mətbuatda Azad Rəhimovla bağlı xəbərlər çıxmağa başladıqdan sonra dərhal nazirin oğlu Arif Rəhimovla əlaqə saxladığını söyləyib: "Dedi, narahat olma, xəbər edəcəyəm. Eyni zamanda, atasının vəziyyətinin ağır olduğunu və hər şeyə hazır olmağımı söylədi. Amma nəinki mən, heç kim buna hazır deyildi. Çünki özü hamıya demişdi ki, aprelin sonu və ya mayın əvvəlində gələcəyəm. Həyat eşqi o qədər böyük idi ki".

Mətbuat katibi Azad Rəhimovla çox şeyi bölüşdüyünü və ondan xeyli məsləhət aldığını vurğulayıb: "Son dönəmlərdə mən özüm də onunla danışırdım. Yazmışdım ki, bəzi şeyləri sizinlə bölüşməyə çox ehtiyacım var, nə vaxt gəlirsiniz? Cavab verdi ki, gözlə, gələcəyəm. Ona media, piar və kommunikasiya ilə bağlı kitab yazdığımı bildirdim. Söylədim ki, siz mənə lazımsınız. Təqdimatda mütləq olun və ürək sözlərinizi yazın. Dedi, sən yaz, mən gəlib nə lazımdırsa, edəcəyəm. Vəziyyətinin ağır olduğunu bilirdim. Amma son anadək inanırdım ki, xəstəliyə qalib gələcək. Çünki çox güclü insan idi. Amma xəstəlik ona qalib gəldi".

Son xəbərlər

Orphus sistemi