Yuxarı
    Bağlamaq

    ​Selvesteri Antonio: "Az qalıram meydana çıxaraq görüşləri özüm idarə edim"

    Dünya Güləş Birliyinin (DGB) Hakimlər Kollegiyasının sədri Silvesteri Antonio yarış haqda fikirlərini bildirib

    Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı İdman Sarayında keçirilən umummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi ərəfəsində Azərbaycanda səfərdə olan Dünya Güləş Birliyinin (DGB) Hakimlər Kollegiyasının sədri Silvesteri Antonio yarış haqda fikirlərini bildirib. "Report"un məlumatına görə, o, yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

    S.Antonio "Qızıl Qran-Pri"nin final mərhələsinin təşkilati işlərindən razı qaldığını bildirib: "Burada idmançı, məşqçi, hakim və nümayəndələr üçün hər cür şərait yaradılıb. Turnir gərgin mübarizə şəraitində keçir. Kişilərlə bərabər, qadınlar üçün də yüksək şərait var və onlar yarışda birlikdə iştirak edirlər. Bu isə güləşin inkişafında mühim rol oynayır".

    O qeyd edib ki, "Qızıl Qran-Pri” beynəlxalq turniri dünyanın ən güclü güləş yarışlarındandır: "Bu turnirdə güclü güləşçilər yarışırlar. Azərbaycan yarışı elə təşkil edib ki, az qalıram meydana çıxaraq görüşləri özüm idarə edim. Ölkə rəhbərliyi və AGF-yə minnətdarlığımı bildirirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi