Şəkidə “9 noyabr - Bayraq Günü” münasibətilə "İdman festivalı" keçirilib

Şəkidə “9 noyabr - Bayraq Günü” münasibətilə "İdman festivalı" keçirilib Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəkidə “9 noyabr - Bayraq Günü” münasibəti ilə “İradənlə qalib gəl” devizi altında “İdman festivalı” və “Açıq qapı günü” keçirilib.
Fərdi
2 Noyabr , 2019 12:21
Şəkidə “9 noyabr - Bayraq Günü” münasibətilə İdman festivalı keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəkidə “9 noyabr - Bayraq Günü” münasibəti ilə “İradənlə qalib gəl” devizi altında “İdman festivalı” və “Açıq qapı günü” keçirilib. 

"Report"un məlumatına görə, festival çərçivəsində yerli və beynəlxaq tədbirlərdə fərqlənən idmançılar öz çıxışları ilə ictimaiyyətə bu növlərin maraqlı cəhətlərini nümayiş etdiriblər. Tədbir Şəki Olimpiya İdman Kompleksi, şəhər stadionu və müxtəlif müəssisələrdə təşkil olunub. İdmançıların nümunəvi çıxışları şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb. 

Festivalın ikinci hissəsində isə tanınmış idmançılar və məşqçilər ustad dərsləri keçib. Peşəkar idmançılar izləyicilərə idmanın sirlərini öyrədiblər. 

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd idmanın kütləviliyini artırmaq, gənclərin Olimpiya hərəkatına qoşulmasına dəstək vermək, regionda fəaliyyət göstərən idman növlərinə maraq yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi