Yuxarı

​Şəhriyar Məmmədyarovun Dünya Kubokunun 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycanlı qrossmeyster rusiyalı Sergey Karyakinlə üz-üzə gələcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsində iştirak edəcək Şəhriyar Məmmədyarovun rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster rusiyalı Sergey Karyakinlə üz-üzə gələcək.

Ş.Məmmədyarov 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib. S.Karyakin isə bu mərhələdə həmyerlisi Dmitri Andreykindən üstün olub.

1/4 final mərhələsinin oyunları sentyabrın 23-24-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan şahmatçılarından Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə, Rauf Məmmədov 1/32, Qədir Hüseynov və Teymur Rəcəbov isə 1/16 final mərhələsində mübarizəni dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi