Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək

Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək Azərbaycan şahmatçısının adı turnir iştirakçılarının ilkin siyahısına daxil edilib
Fərdi
23 Oktyabr , 2017 06:21
Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun adı Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat turniri iştirakçılarının ilkin siyahısına daxil edilib.

“Report” xəbər verir ki, turnir 12-28 yanvar tarixlərində təşkil olunacaq.

İştirakçılar arasında həmçinin Rusiya şahmatçıları Sergey Karyakin və Vladimir Kramnik, amerikalı qrossmeysterlər Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), Vişvanatan Anand, Başkaran Adhiban (hər ikisi Hindistan), Aniş Qiri (Niderland), Vey İ və Hou İfan (hər ikisi Çin) və Haveyn Consun (İngiltərə) da adı var.

Son xəbərlər

Orphus sistemi