Çempionlar Turu: Şahmatçılarımız rekord mükafat və bitkoin uğrunda yarışacaq

Çempionlar Turu: Şahmatçılarımız rekord mükafat və bitkoin uğrunda yarışacaq Yarışda dünyanın ən yaxşı 10 şahmatçısı ilə yanaşı daha 6 nəfər iştirak edəcək
Fərdi
17 May , 2021 16:10
Çempionlar Turu: Şahmatçılarımız rekord mükafat və bitkoin uğrunda yarışacaq

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsinin bütün iştirakçıları açıqlanıb.

"Report"un məlumatına görə, "The FTX Crypto Cup"da Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.

Yarışda dünyanın ən yaxşı 10 şahmatçısı ilə yanaşı daha 6 nəfər iştirak edəcək.

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonus olacaq.

Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi