Şəhriyar Məmmədyarov: "Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm"

Şəhriyar Məmmədyarov: "Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm" "Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm"
Fərdi
316
28 Mart , 2018 09:14
Şəhriyar Məmmədyarov: Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm

Bakı. 28 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov azarkeşlərə təşəkkür edib.

“Report”un məlumatına görə, 33 yaşlı qrossmeyster şəxsi “facebook” hesabı vasitəsi ilə yarış ərzində ona dəstək olan şəxslərə minnətdarlığını çatdırıb. O, turnirin qalibi ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib: “Dostlar, sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm. Demək istədiyim budur – yaxşı ki, varsınız. Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm. Amma sonuncu olmaq hissiyatını yaxın belə, buraxmadım. Çox sağ olun, mənə sona qədər inandınız. Bütün mesajlarınızı aldım. Cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Yaxşı ki, varsınız. Biz geri qayıdacağıq. Uğurlar və 10 dəfə çox sağ olun”.

Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi