Şəhriyar Məmmədyarov: "Olimpiadanın Bakıda keçirilməsi Azərbaycanın ən böyük idman hadisələrindədir"

Şəhriyar Məmmədyarov: "Olimpiadanın Bakıda keçirilməsi Azərbaycanın ən böyük idman hadisələrindədir" çətin yarışda uğurlu nəticə əldə etməyə çalışacağıq"
Fərdi
12 İyul , 2016 16:25
Şəhriyar Məmmədyarov: Olimpiadanın Bakıda keçirilməsi Azərbaycanın ən böyük idman hadisələrindədir

Bakı. 12 iyul. REPORT.AZ/ "Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Azərbaycan tarixində ən böyük idman hadisələrindədir. 170-dən çox ölkənin gəlişi inanılmaz dərəcədə böyük uğurdur". "Report"un məlumatına görə, bunu Azərbaycanın şahmat üzrə milli komandasının lideri Şəhriyar Məmmədyarov deyib.

31 yaşlı qrossmeyster Azərbaycan şahmatçılarının sentyabrın 1-də start götürəcək Olimpiadaya tam ciddi hazırlaşdıqlarını bildirib. O, nüfuzlu yarışda çox yaxşı nəticələr göstərəcəklərinə ümidvar olduğunu söyləyib: "Bütün şahmatsevərləri və ümumiyyətlə, bütün azərbaycanlıları Azərbaycan yığmasını dəstəkləməyə çağırıram. Biz də çox yaxşı çıxış edərək, çətin yarışda uğurlu nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 14-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi