Şəhriyar Məmmədyarov: "Nepomnyaşi üzərində qələbədən sonra əhvalım düzəldi"

Şəhriyar Məmmədyarov: "Nepomnyaşi üzərində qələbədən sonra əhvalım düzəldi" "Bu qələbə karyeram üçün çox yaxşıdır. Əhvalım düzəldi. Şahmatda bəzən şans da vacib rol oynayır".
Fərdi
13 May , 2022 17:58
Şəhriyar Məmmədyarov: Nepomnyaşi üzərində qələbədən sonra əhvalım düzəldi
Şəhriyar Məmmədyarov

"Bu qələbə karyeram üçün çox yaxşıdır, əhvalım düzəldi. Şahmatda bəzən şans da vacib rol oynayır".

"Report"un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirinin VII turunda FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini məğlub etməsi barədə danışarkən deyib.

Turnirdəki ilk qələbəsini qazanan 37 yaşlı qrossmeyster görüşün asan keçmədiyini bildirib: "Açılışdan sonra çox yaxşı vəziyyətdə idim. Düşünürdüm ki, ortabab oyunla qələbə qazanacağam. Amma daha sonra çox pis oynamağa başladım".

Məmmədyarov qələbə qazandığı üçün xoşbəxt olduğunu söyləyib: "Bu qalibiyyət mənim üçün 1 xaldan daha artıqdır. Çünki gərgin oyundan sonra qalib gəldim. Bu, məni növbəti qarşılaşmalar üçün motivasiya edəcək".

Qeyd edək ki, hazırda 3 xalla 7 - 9-cu yerləri bölüşən Şəhriyar Məmmədyarov VIII turda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlir.

Son xəbərlər

Orphus sistemi