Şəhriyar Məmmədyarov Kasparov üzərindəki qələbəsini şərh etdi

Şəhriyar Məmmədyarov Kasparov üzərindəki qələbəsini şərh etdi 28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz olub
Fərdi
11 İyul , 2021 10:41
Şəhriyar Məmmədyarov Kasparov üzərindəki qələbəsini şərh etdi
Şəhriyar Məmmədyarov

"28 ildir şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz olub".

"Report" xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour”un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini “Feysbuk” hesabında şərh edərkən deyib.

28 ildir hər zaman Kasparovla oyunu gözlədiyini bildirən 36 yaşlı qrossmeyster cəmi 7 gedişə qalib gəlməsinin hər 4 ilə 1 gediş anlamı verdiyini vurğulayıb: "Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiniz? Sizləri çox sevirəm, dəstəyiniz üçün. O, bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçasıyıq".

Son xəbərlər

Orphus sistemi