Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək

Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək.
Fərdi
10 Mart , 2018 16:15
Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat yayıb. Onunla yanaşı, yarışda Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Xikaru Nakamura, Uesli So (hamısı ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) iştirak edəcəklər.

Daha bir şahmatçı isə fərqli turnirlərədə xüsusi dəvət əsasında mübarizə aparacaq. Hazırda Vladimir Kramnik (Rusiya) və Anşi Qiri (Hollandiya) “uayld-kard” alıblar. Onlar müvafiq olaraq Paris və Lyoven turnirlərinə qatılacaqlar.

Qeyd edək ki, “Grand Chess Tour” seriyası Lyoven (Belçika, 12 - 16 iyun), Paris (Fransa, 20 - 24 iyun), Sent-Luis (ABŞ, 9 - 16 və 16 - 29 ) şəhərlərində baş tutacaq. Yarışın final mərhələsi dekabrda İngiltərənin paytaxtı Londonda olacaq. Orada əvvəlki 4 seriyada ən yaxşı nəticə göstərmiş 4 şahmatçı mübarizə apracaq.

Xatırladaq ki, Ş.Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirində iştirak edəcək. O, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşünü S.Karyakinə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi