Şəhriyar Məmmədyarov: "Geridönüş edəcəyimə ümidvaram"

Şəhriyar Məmmədyarov: "Geridönüş edəcəyimə ümidvaram" Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi barədə paylaşım edib
Fərdi
15 Mart , 2021 12:52
Şəhriyar Məmmədyarov: Geridönüş edəcəyimə ümidvaram
Şəhriyar Məmmədyarov

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi barədə paylaşım edib.

"Report"un məlumatına görə, 36 yaşlı qrossmeyster feysbuk səhifəsində bugünkü qarşılaşmalarda yaxşı nəticəyə ümid etdiyini bildirib. Məmmədyarov "Bu gün geridönüş edəcəyimə ümidvaram" yazıb.

Azərbaycanın ən reytinqli şahmatçısı yarışın ilk gününü 3 xalla başa vursa da, ikinci gün uğursuz çıxış edib. Şahmatçı VI turda FIDE bayrağı altında çıxış edən Alireza Firuzcaya, VII turda norveçli Maqnus Karlsenə, VIII turda ispaniyalı David Antona uduzub. IX turda isveçli Nils Qrandeliusa qalib gələn 36 yaşlı qrossmeyster X turda isə Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşmadan məğlub ayrılıb.

"Magnus Carlsen Invitational" adlanan yaırşda Azərbaycanı Teymur Rəcəbov da təmsil edir.

Qeyd edək ki, ikinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.

Son xəbərlər

Orphus sistemi