Şəhriyar Məmmədyarov Əmir Teymur beynəlxalq şahmat turnirində iştirak edəcək

Şəhriyar Məmmədyarov Əmir Teymur beynəlxalq şahmat turnirində iştirak edəcək Turnir Daşkənddə keçiriləcək
Fərdi
6 Oktyabr , 2016 08:30
Şəhriyar Məmmədyarov Əmir Teymur beynəlxalq şahmat turnirində iştirak edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Əmir Teymurun 680 illiyinə həsr olunmuş beynəlxalq şahmat turniri start götürəcək.

"Report" xəbər verir ki, turnirdə Azərbaycanı blits üzrə 2013-cü ilin dünya çempionu Şəhriyar Məmmədyarov təmsil edəcək.

Digər iştirakçılar arasında 2009-cu il Dünya Kubokunun qalibi Boris Qelfand (İsrail), sabiq dünya çempionu Ruslan Ponamaryov (Ukrayna) və Rüstəm Qasımcanov (Özbəkistan) kimi tanınmış adlar var.

Son xəbərlər

Orphus sistemi