Yuxarı

Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunlarında rapid turnirinin qalibi olub

Azərbaycanın ikinci nümayəndəsi Rauf Məmmədov 3,5 xal toplayaraq səkkizinci yerlə kifayətlənməli olub

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Çinin Xuayan şəhərində keçirilən Dünya İntellektual Oyunlarında rapid yarışlarının qalibi olub.

Yarışların ikinci günündə Azərbaycan nümayəndəsi kubalı Lenyer Dominqes ilə heç-heçə oynayıb, çinli Lijen Dinqə və polyak Radoslav Voytaşekə qalib gəlib, tay-breykdə isə Ukrayna nümayəndəsi Ruslan Ponomaryovdan daha güclü olduğunu sübut edib. Beləliklə, Məmmədyarov bu yarışlarda 5 xal toplayaraq birinci yeri tutub. İkinci yerə Ponomaryov, üçüncü yerə Lenyer Dominqes, dördüncü yerə isə çinli Van Hao çıxıb.

Azərbaycanın ikinci nümayəndəsi Rauf Məmmədov 3,5 xal toplayaraq səkkizinci yerlə kifayətlənməli olub.

Xatırladaq ki, 43 ölkədən 143 oyunçunun iştirak etdiyi Dünya İntellektual Oyunlarında şahmat, qo, Çin şahmatı, bric və dama üzrə ən güclü oyunçular müəyyən edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi