Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib

Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturniri davam edir
Fərdi
26 Yanvar , 2018 20:05
Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturniri davam edir.

“Report”un məlumatına görə, bu gün start götürən XI turda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Günün ən maraqlı oyununda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.

Son xəbərlər

Orphus sistemi