Şəhriyar Məmmədyarov: "Belə bir turnirdə qələbə qazanmaq gözəl hissdir"

Şəhriyar Məmmədyarov: "Belə bir turnirdə qələbə qazanmaq gözəl hissdir" "İlk dəfə belə bir turnirdə qalib olduğum üçün xoşbəxtəm. Bunun klassik şahmat üzrə keçirilməsi mənim üçün vacib idi. Çünki belə yarışlarda çempion olmaq elə də asan deyil".
Fərdi
189
14 İyun , 2021 17:38
Şəhriyar Məmmədyarov: Belə bir turnirdə qələbə qazanmaq gözəl hissdir
Şəhriyar Məmmədyarov

"İlk dəfə belə bir turnirdə qalib olduğum üçün xoşbəxtəm. Mübarizənin klassik şahmat üzrə olması mənim üçün vacib idi. Çünki belə yarışlarda çempion olmaq elə də asan deyil".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Superbet Chess Classic" turnirindəki qələbəsi barədə təəssüratlarını bölüşərkən deyib.

36 yaşlı qrossmeyster onu dəstəkləyən dostlarına təşəkkürünü bildirib: "Oyunlarımı İslandiyada xəstəxanadan izləyən və hər gün mənə dəstək verən cənab Ceroma, həmçinin təkcə dostum, əmim oğlu yox, həm də qardaşım Vüsal Məmmədyarova "çox sağ ol" deyirəm. Turnir ərzində daim mənimlə birlikdə oldu. Təbii ki, bir də Coko və ailəsinə minnətdarlığımı bildirirəm. Coko Rumıniyada yaşayır, gənc şahmatçıdır. Bu gün doğum günüdür. Qələbəmi ona və cənab Ceroma həsr edirəm".

Məmmədyarov turnirə ciddi hazırlaşdığını söyləyib: "Son görüş öncəsi təqribən 7 saat məşq etdim. Demək olar ki, gecəni yatmadım. Pandemiya dövründə yarışa hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Uzun müddətdən sonra belə bir turnirdə iştirak etmək və güclü rəqiblərlə qarşılaşıb qələbə qazanmaq gözəl hissdir".

Təcrübəli şahmatçı yüksək səviyyəli təşkilatçılığa görə sponsorlara minnətdarlığını bildirib: "Qaldığımız otel, turnirin keçirildiyi zal çox gözəl idi. Dostluq şəraitində yarış oldu. Siz şərhçilərə də minnətdaram. Həqiqətən də sizin şərhçiliyinizdən zövq aldım. Hər şey üçün çox sağ olun".

Son xəbərlər

Orphus sistemi