Şəhriyar Məmmədov ​"Shamkir Chess"in ilk turunda dünya çempionu adına namizədə rəqib olub

Şəhriyar Məmmədov ​"Shamkir Chess"in ilk turunda dünya çempionu adına namizədə rəqib olub Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək turnirə mayın 26-da start veriləcək
Fərdi
25 May , 2016 19:34
Şəhriyar Məmmədov ​Shamkir Chessin ilk turunda dünya çempionu adına namizədə rəqib olub

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" turnirinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, püşk nəticəsində Şəhriyar Məmmədyarov ilk turda dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə üz-üzə gələcək rusiyalı Sergey Karyakinə rəqib olub.

Digər qarşılaşmalara gəlincə, Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov Hou Yifanla (Çin), Eltac Səfərli Pavel Elyanovla (Ukrayna), Fabiano Karuana (ABŞ) Harikrişna Pentala (Hindistan, 2763) ilə qarşılaşacaq.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək turnirə mayın 26-da start veriləcək. Qalib dairəvi sistemlə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək. 

Son xəbərlər

Orphus sistemi