Qubada şəhid atasına xüsusi mükafat təqdim edildi

Qubada şəhid atasına xüsusi mükafat təqdim edildi AİJA Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədovu xüsusi mükafatla təltif edib.
Fərdi
1 Fevral , 2021 19:26
Qubada şəhid atasına xüsusi mükafat təqdim edildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədovu xüsusi mükafatla təltif edib.

AİJA-dan "Report"a verilən məlumata görə, assosiasiyanın bir qrup nümayəndəsi Quba rayonunun Alekseyevka kəndində Ülvü Məmmədovun atası Vüqar Məmmədov və qardaşı Fərid Məmmədovla görüşüb şəhidin məzarını ziyarət ediblər.

AİJA nümayəndələri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və Əli Fərzəliyev qurum adından məzarın önünə əklil qoyaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin ruhuna dualar oxuyublar.

Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı idman yazarı Vüqar Məmmədova təqdim olunub.

Şəhid atası evinə dəvət etdiyi həmkarlarına şəhidimizin qəhrəmanlıq yolundan danışıb.

Ülvü Məmmədov Prezident İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi