Səfir Bakıda Türkiyə yığması ilə görüşdü

Səfir Bakıda Türkiyə yığması ilə görüşdü Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Olimpiya Güləş Mərkəzini ziyarət edib
Fərdi
200
11 May , 2021 17:04
Səfir Bakıda Türkiyə yığması ilə görüşdü

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Olimpiya Güləş Mərkəzini ziyarət edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, C.Bağcı Bakıda təlim-məşq toplanışında olan Türkiyənin gənclərdən ibarət milli komandasının üzvləri ilə görüşüb. Məşqçi Ruşen Çetin səfirə hazırlıq prosesi barədə danışıb.

Sonda Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmamızın məşqçiləri ilə birgə xatirə fotosu çəkilib.

Qeyd edək ki, Türkiyə yığması 28 - 30 mayda İstanbulda beynəlxalq Çempionlar Turnirinə və 28 iyun - 4 iyulda Almaniyanın Dortmund şəhərində Avropa çempionatına qatılacaq.

Son xəbərlər

Orphus sistemi