Səbinə Əliyeva: "MDB Oyunlarında himnimizi səsləndirməyə həvəsli idim"

Səbinə Əliyeva: "MDB Oyunlarında himnimizi səsləndirməyə həvəsli idim" "Bura gələndə özümə söz vermişdim ki, çempion olacağam və sözümün üstündə durdum. Sevincimin həddi-hüdudu yoxdur".
Fərdi
105
9 Sentyabr , 2021 18:58
Səbinə Əliyeva: MDB Oyunlarında himnimizi səsləndirməyə həvəsli idim
Səbinə Əliyeva

"Bura gələndə özümə söz vermişdim ki, çempion olacağam və sözümün üstündə durdum. Sevincimin həddi-hüdudu yoxdur".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Səbinə Əliyeva deyib.

52 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı görüşün ilk 30 saniyəsində həyəcanlı olduğunu bildirib: "Amma sonradan özümü toparlayıb rəqibimə qalib gəldim. Himnimizi səsləndirməyə çox həvəsli idim".

Əliyevanın sözlərinə görə, yarışlara yaxşı hazırlaşırlar: "İnanıram ki, gələcəkdə bundan da böyük nəticələr verəcəyik. Düşünürəm ki, bizdə heç bir çəki dərəcəsində boşluq yoxdur. Hazırda gənclərimiz Lüksemburqda keçirilən Avropa çempionatında çıxış edir. Aydan Vəliyeva finala vəsiqə qazanıb. Ona da uğurlar arzu edirəm".

Əliyeva daha əvvəl Qazaxıstandakı dünya çempionatında komanda yarışında gümüş medal qazandığını xatırladıb: "Ondan sonra ən böyük nəticəm budur. Çox sevincliyəm".

Son xəbərlər

Orphus sistemi