"Ferrari" Sebastyan Fettellə bağlı qərarını açıqladı - RƏSMİ - YENİLƏNİB

"Ferrari" Sebastyan Fettellə bağlı qərarını açıqladı - RƏSMİ - YENİLƏNİB Formula 1”də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettel ilə yollarını ayıracağını açıqlayıb.
Fərdi
12 May , 2020 11:24
Ferrari Sebastyan Fettellə bağlı qərarını açıqladı - RƏSMİ - YENİLƏNİB

"Formula 1”də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettel ilə yollarını ayıracağını açıqlayıb.

"Report" İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməməyi qərara alıblar.


*** 09:22

"Formula 1”də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettel ilə müqavilənin uzadılma məsələsində razılığa gələ bilməyib. 

"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, 33 yaşlı almaniyalı pilot mövsümün sonunda komandanı tərk edəcək. Rəsmi açıqlama çərşənbə günü veriləcək. 

Qeyd edək ki, daha öncə "Ferrari" Sebastyan Fettelə müqaviləsini yeniləmək üçün iki dəfə təklif göndərib. Onun İtaliya təmsilçisi ilə sözləşməsi 2020-ci ilin sonunda başa çatır. Fettel 2007-ci ildən "Formula 1"də çıxış edir. O, "Red Bull" komandasında 4 dəfə (2010 - 2013) çempion olub. Pilot 2015-ci ildən “Ferrari”nin şərəfini qoruyur.

Son xəbərlər

Orphus sistemi