Bakı. 10 dekabr. REPORT.AZ/ "Səbail" futbol klubunun hücumçusu Bəxtiyar Məsiməliyev bu gün "Neftçilər" xəstəxanasında ayağından əməliyyat olunub.
"Report" xəbər verir ki, məşq zamanı ayaq topuğundan zədə alan oyunçu bazar ertəsi günü – dekabrın 12-də xəstəxanını tərk edəcək və bərpa müalicə kursu keçməyə başlayacaq. Onun meydanlara təxminən 3-4 həftəyə qayıdacağı gözlənilir.
Klubun icraçı direktoru Yusif Həsənov və komandanın baş meneceri Fərəc Əliyev əməliyyatdan sonra oyunçunu ziyarət edərək ona şəfa diləyiblər.